SON DƏQİQƏ:

Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək

  186   |  
Şriftin ölçüsü  

Azərbaycanda Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumun keçirilməsinə hazırlıqlar gedir. T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq forum oktyabrın 1-i 2021-ci ildə online formada gerçəkləşəcək.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək və beləliklə, təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir. Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur. Forumda iştirak ödənişsizdir. Forumla bağlı məlumatlar sosial şəbəkədə paylaşılacağı üçün yalnız T-Network-un facebook (https://www.facebook.com/tnetwork.az) və ya instagram (https://www.instagram.com/tnetwork_global/) səhifəsini bəyənən iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55 Forumun informasiya dəstəkçisi “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalıdır. Spikerlər: 
• Andreas Schleicher, PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru 
• Philip Kotler, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi
 • Michael Fullan, Toronto Universitetinin fəxri professoru, Dərin Öyrənmə nəzəriyyəsinin yardıcısı
 • Anant Agarwall, dünyada məşhur edX platformasının qurucusu, MIT-in professoru 
• Azra Kohen, yazıçı, bestsellər müəllifi
 • Sal Khan, qlobal səviyyədə tanınan Khan Academy-nin yaradıcısı və CEO-u

Emin
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK