SON DƏQİQƏ:

Deputat Könül Nurullayeva qəbul imtahanında yüksək nəticə göstərən gəncləri təbrik edib - FOTOLAR

  135   |  
Şriftin ölçüsü  

Millət vəkili Könül Nurullayeva Bilik Günü münasibətilə Dövlət İmtahan Mərkəzinin 2021-2022-ci tədris ili üçün keçirdiyi qəbul imtahanlarında Nizami rayonu üzrə ən yüksək nəticə göstərən gənclərlə görüş keçirib.

Görüş zamanı Nizami rayonundan olan istedadlı məzunlarımızın fonunda bütün Azərbaycan gəncliyinə bu özəl gündən ötrü təbriklərini dilə gətirən Könül Nurullayeva məzunların hər birinə yeni tədris ilində uğurlar, cansağlığı və müvəffəqiyyətlər arzulayıb. “İnanıram ki, gənclərimiz dünyanın dörd bir yanında vətənimizin başını hər zaman uca tutacaq, vətənpərvər və mərd bir şəxsiyyət, peşəkar bir kadr kimi yetişəcəklər”, - deyə deputat çıxışı zamanı bildirib.

Həmçinin K.Nurullayeva görüş iştirakçılarının nəzərinə çatdırıb ki, bu il Nizami rayonu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 1592 abituriyentdən 96-sı 600 baldan yuxarı nəticə göstərib. Bu rəqəm keçən ilki göstəricilərə nisbətdə 14 faiz daha yüksəkdir. Bu ilki qəbul imtahanlarında Nizami rayonu üzrə ən yüksək nəticə göstərən abituriyent isə 227 saylı tam orta məktəbin məzunu Aslanova Rübabə Kamran qızı olmuşdur. Millət vəkili

K.Nurullayeva hər iki imtahanın nəticəsinə görə ümumilikdə 689.2 bal toplayan Rübabə Aslanovanı qəbul imtahanında göstərdiyi yüksək nəticə münasibətilə təbrik edib, ona tələbəlik həyatında bol-bol uğurlar arzulayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK