adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Sentyabr 2021 13:13
715
SİYASƏT
A- A+

Naqif Həmzəyev:  Təəssüflər olsun ki, məmurların xoşagəlməz əməlləri barədə yenə də  eşidirik...

“Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə”. 

“Adalet.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib. 

Dövlət başçısı yeni icra başşılarına xəbərdarlıq da edib:

 “Əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar”.

Bölgələrdə məmur özbaşınalığına da toxunan dövlət başçısı bu kimi hallarla bağlı onda yetəri qədədr faktların olduğunu bildirib: “Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir”.

Prezidentin bu çıxışı cəmiyyətdə böyük razılıqla qarşılanıb.

Bu barədə “Adalet.az”-a danışan millət vəkili Naqif Həmzəyev qeyd etdi ki, hər məmur xalqın qulluqçusu oldduğunu anlamalıdır.

“Cənab Prezident  yeni təyinatlar zamanı bu məsələlərə dəfələrlə toxunub. Dünən yeni təyin etdiyi icra başçılarını qəbul edərkən  bir daha xatırlatdı ki, bütün məmurlar vətəndaşların xidmətində dayanmalıdırlar. Qəbula gələn vətəndaş problemləri həll olunmadan geri qayıtmamalıdır. Onları dinləyən məmurlar mütləq tapılmalıdırlar. Ötən müddət ərzində həbs olunan icra başçılarından sonra digər məmurlar öz fəaliyyətlərində hiss olunacaq qədər dönüş ediblər. Təəssüflər olsun ki, icra başçıları olmasa da, müavinlər, şöbə müdirləri yaxud icra strukturlarındakı digər məmurların yenə də xoşagəlməz əməlləri barədə eşidirik. Bu da istər-istəməz xalqın qınağına səbəb olur. Hər məmur çalışmalıdır ki. dövləti ona verdiyi səlahiyyət və statusdan layiqincə, xalqın rifahının yaxşılaşdırılması istiqamətində istifadə etsin. Ümid edirəm ki, gənc kadrların məsul vəzifələrə təyin edilməsi bu sahədə neqativ halların  aradan qalxmasına xidmət edəcək. Hər bir məmur cənab Prezidentin dediyi kimi xalqın qulluqçusu olduğunu anlayacaq və  öz işində əlindən gələni əsirgəməyəcək. Belə olan halda nəticə etibarilə vətəndaşların məmurlardan razılıq səviyyəsi artacaq. Ümimilikdə isə, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına nail olunacaq. Hər bir məmur Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin yerlərdə vətəndaşlara doğru-düzgün çatdırılmasında öz töhfəsini verməlidir”,- deyə millət vəkili bildirdi.

 

İLTİFAT