adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Sentyabr 2021 13:55
1646
ŞOU-BİZNES
A- A+

Azərbaycanlı model  əməliyyat olundu: Sinə silikonlarını çıxartdırdı

Ötən il sevgilisi Taha Tatlıcını bıçaqladığını etiraf edərək uzun müddət gündəmdən düşməyən, Türkiyədə populyar olan azərbaycanlı model Günay Musayevdan yeni xəbər var

 

Adalet.az Mynet.com-a istinadən bildirir ki, bir neçə gün öncə əməliyyat olunduğunu deyən azərbaycanlı model Günay Musayeva silikonları ilə vidalaşıb.

Musayeva moda nümayişi üçün döşlərini kiçildirdiyini açıqlayıb.

"Dörd gündür evdən çıxmamışam. Yeni bir əməliyyat keçirdim. Döşlərimi kiçiltdim və silikonumu çıxartdırdım. Səbəb dörd önəmli markanın dəfiləsinə gedəcəyimdir. O markalar silikonlu döş istəmirlər və bu mənim işimdir, nə lazımdırsa edəcəyəm".

O, modelyer Rüfət İsmayılın hazırladığı möhtəşəm Azərbaycan xalçalarının motivlərindən hazırlanmış paltarları Parisdəki dəfilədə nümayiş etdirəcək.

Qeyd edək ki, Azerbaijan – 2010-un qalibi və Best Model of the World – 2010-da vitse-miss olub. Müsabiqələrdə qalibiyyətlərdən sonra Türkiyəyə köçərək orada tanınmış aktyor Tolqa Karelə ərə getmişdi. Oğlu doğulandan sonra model aktyordan boşandı. O, müxtəlif ölkələrdə dünyaca məşhur dizaynerlərin defilələrində yer alır.

Əntiqə Rəşid