adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Sentyabr 2021 09:52
2335
MƏDƏNİYYƏT
A- A+

Yaqub Zurufçu nə vaxt dəfn olunacaq?

Koronavirusdan vəfat edən əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

Adalet.az xəbər verir ki, bu barədə Report-a sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.