adalet.az header logo
  • Bakı 20°C
15 Sentyabr 2021 09:20
1407
DÜNYA
A- A+

Britaniyada koronavirusdan daha 185 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 628 yoluxma halı qeydə alınıb.

Adalet.az-ın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 282 810 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 185 nəfər, hazırkı dövrədək isə 134 446 nəfər vəfat edib.