SON DƏQİQƏ:

Qondarma “dqr”də “evcik-evcik” oyunu: “Müdafiə naziri” “təhlükəsizlik şurası”na təqdim edildi

  741   |  
Şriftin ölçüsü  


Qondarma “Artsax”ın cinayətkar “başçısı ” oyuncaq qurumun müdafiə naziri Mikael Arzumanyanın istefa ərizəsini qəbul etdikdən sonra həmin vəzifəyə erməni general-mayor Kamo Vardanyan gətirib.

Adalet.az  Sputnik Armenia saytına istinadən xəbər verir ki, bu gün  oyuncaq başçı  Müdafiə Nazirliyində olub və “dqr”ın ordusunun yeni “komandanı” general-mayor Kamo Vardanyanı “”hökümətin səlahiyyətli nümayəndələrinə təqdim edib. Yığıncaqda oyuncaq qurumun “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın iştirak etdiyi görüşdə “ordu quruculuğu” məsələləri müzakirə edilib.

Qeyd edək ki, 1966-cı ildə anadan olan Vardanyan 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşdirmiş Silahlar Akademiyasını, 2019-cu ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.


 P,S . Balaca vaxtı qız uşaqları bir “evcik-evcik” oyunu oynayardılar.  Mən də! Adi daşları yerə düzüb, “otaq”lar düzəldər, qonşu-qonşu oynayıb evcik yoldaşımızı "qonaq" çağırardıq. Otdan - ələfdən yolub boşqab qırıqlarının içinə “yemək” adı ilə düzərdik. Bu çox cəzbedici oyun idi və vaxtın nə vaxt gəlib keçdiyini bilməzdik.

Valideynlərimiz, xüsusən anamız, gözləyərdi, görərdi ki, oyunumuzdan qopub evə gələ bilmirik, əlində oxlov üstümüzə gələrdi. Düz –qoş etdiyimiz “otaqları”da dağıdardı, "qonaq"larımızın da hərəsinə bir çubuq çəkub evlərinə göndərərdi. Bir-ikisi də təbii ki,  bizə dəyərdi. Üstəlik zibilxanadan tapıb, içinə ot-ələf yığdığımız boşqab qırıqlarını, əyilmiş ləyənçələri də aparib, ayaqyoluna atardı. 
 İndi bu qondarma Artsaxtın “müdafiə naziri”, “təhlükəsizlik şurası” oyunlarını görəndə həmin o “evcik- evcik” oynumuz yadıma düşür. Yəqin ki, tezliklə,  Azərbaycan adlı valideyn: torpaqların da, siz ermənilərin də sahibi mütləq əli oxlovlu (oxu: dronlu) gələcəkdir.

Hələlik istədiyiniz qədər “evcik-evcik” oynayın! 

 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK