SON DƏQİQƏ:

Yardımlıda 22 yaşlı oğlan qətlə yetirildi

  295   |  
Şriftin ölçüsü  

Sentyabrın 12-si saat 13:00 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK