adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Sentyabr 2021 11:11
1915
İDMAN
A- A+

“Qarabağ” - “Bazel” qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirildi

Ölkəmizi Konfrans Liqasında təmsil edən Ağdamın “Qarabağ” futbol klubu qrup mərhələsinin I turunda İsveçrə “Bazel”ini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qeyd olunur ki, qarşılaşma sentyabrın 16-da saat 20:45-də başlayacaq.

Əvvəl matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılırdı.

Lakin meydançanın ot örtüyünün bərbad vəziyyətdə olması səbəbi ilə qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib.