SON DƏQİQƏ:

Aqil ABBAS: BƏLKƏ RUS DİLİNİ  QADAĞAN EDƏK?

  2695   |  
Şriftin ölçüsü  

Təhsil eksperti Kamran Əsədov məsələ qaldırıb ki, 1-4-cü siniflər üçün rus məktəbləri bağlansın.  Əvvəla, 4 il Azərbaycan dilində oxuyan  cocuq  4 ildən sonra rus dilini  necə mənimsəyə bilər?

Bunu  atdım  kənara. Ümumiyyətlə, söhbət gedir ki, rusdilli məktəblər  bağlansın, bizə lazım deyil. Guya  bu, vətənpərvərlikdi. Deməli, ingilisdilli, fransızdilli, almandilli  məktəblər işləyə bilər, çünki bu məktəblər oliqarxların və imkanlı  adamların  övladları üçündü. Bu məktəblərdə təhsil haqqı  eləsi var ki, 15 min dollardı.  Ən ucuzu  deysən, 4-5  min dollardı. Heç bir adi, sıravi  vətəndaşın bu  məktəblərdə oxuma imkanı yoxdur. Deməli, onlar  gedib oxumalıdırlar, qalan camaat onların  övladları üçün bağbanlıq, sürücülük,  dayəlik, bir sözlə, nökərçilik etməlidi.

Ulu Öndər  Heydər  Əliyev  1969-cu il   hakimiyyətə  gələnədək  elə belə idi. Vacib  universitetlərdə və vacib  fakültələrdə  yalnız imkanlı adamların  övladları oxuyurdu. Ulu Öndər bunu kökündən  dəyişdi. Hətta  hüquq  fakültəsinə, şərqşünaslıq fakültəsinə  vəzifəli  adamların   övladlarının götürülməsini  qeyri-rəsmi  yasaqladı.

Bundan  başqa,  hər il  Rusiyanın müxtəlif   ali təhsil müəssisələrində təhsil almaq üçün  2 minə qədər imkansız ailələrin  övladlarını oxumağa  göndərdi, özü də  imtahansız. Sonra gənclər  qayıtdılar və ölkənin aparıcı  kadrlarına  çevrildilər və bu gün də həmin  kadrların  çoxu  ləyaqətlə bu dövlətə  qulluq edir.

Rus bölmələrində adətən  orta  təbəqənin  və aşağı   təbəqənin  övladları  oxuyur.  Çünki  təhsil pulsuzdu.

Hörmətli Kamran müəllim məsələni  başqa cür  qoymalı idi. Niyə?

Heç kimə sirr deyil ki, rus bölməsindəki  təhsil   Azərbaycan bölməsindəki təhsilin  səviyyəsindən iki  və bəlkə də  daha çox artıqdı. Və imkansız adamlar da bunu  nəzərə alıb övladlarını  rus bölmələrində  oxudurlar,  həm təhsilin səviyyəsinə  görə, həm də lazım olarsa Rusiyanın yüksək ali  təhsil  müəssisələrində övladlarını  oxuda bilsinlər.

Kamran müəllim,  buyur,  məsələ  qaldır ki, Azərbaycan Təhsil Nazirliyi təhsilimizin   səviyyəsini  qaldırsın.

Görün təhsilimizin səviyyəsi  nə gündədir ki, 700 ballıq  sistemdə 200 balla və ya daha  aşağı balla universitetlərə qəbul  olmaq  mümkündür. 200 balla   universitetə daxil olan  sabah necə mütəxəssis olacaq  və bu ölkəyə nə xeyir verəcək?

Bundan   yapışmaq lazımdı, təhsilimizin səviyyəsini  qaldırmaq lazımdı.

Kamran müəllim, məsələ qaldıra  bilərmisiniz ki,  ingilis, fransız, ya almandilli  məktəblər bağlansın?

Sağ olun, Allah işinizi avand eləsin  və nə isə…

Və heç kim məni  qeyri-vətənpərvərlikdə təqsirləndirə bilməz.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK