adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Sentyabr 2021 11:41
864
DÜNYA
A- A+

Taliblər Pəncşiri aldıqlarını elan edir, müqavimət hərəkatı isə bunu təkzib edir

Taliblərin nümayəndəsi  Zəbibulla Mücahid Əfqanıstanın Pəncşir əyalətinə nəzarəti tam əllərinə götürdüklərini elan edib. “ Düşmən yaraqlıların ( müqavimət hərəkatının) son dayağı  Pəncşir əyalətinə nəzarət tam olaraq Talibanın əlinə keçib... ölkənin tam təhlükəsizliyinin təmin olunması üçün gördüyümüz tədbirlər nəticəsini verdi və Pəncşir artıq İslam Əmirliyinin ( Taliban Əfqanıstanı artıq belə adlandırır) nəzarətindədir”- deyə Zəbubulla Twitter səhifəsində yazıb.

Talibanın nümayəndəsinin sözlərinə görə, müqavimətçilərin bəziləri döyüşlərdə məhv edilib,  qalanları isə qaçıb. Taliblər yerli əhaliyə onları sıxışdırmayacaqlarını bildiriblər.

Pəncşir mücaidləri isə Talibanın bu bəyənatının həqiqətə uyğun olmadığını, əylətin onlatın nəzarətinə keçmədiyini, döyüşlərin hələ davam etdiyini bəyan edib. “ Müqavimət cəbhəsinin bütün qüvvələri əyalətin strateji nöqtələrini əlində saxlayır. Biz əfqan xalqına söz veririk ki, taliblərə və onlara dəstək verənlərə qarşı, ədalət və azadlıq bərpa olunanadək mübarizə aparacağıq”- deyə onlar da Twitter səhifələrində bildirirlər.

Deyəsən Əfqanıstanda müharibə Twitter səhifələrində gedir.  Ziddiyətli xəbərlər əslində ölkədə nələrin baş verdiyini biməkdə çətinlik yaradır.

Rüstəm Hacıyev

Tərcümə şöbəsi