ABŞ TALİBANLA GİZLİ SÖVDƏLƏŞMƏ APARIB
CNN teleşirkətinin məlumatına görə, amerikan hərbiçiləri ABŞ vətəndaşlarının Əfqanıstadan evakuasiyası üçün, onların Kabil aeroportunun "məxvi" qapılarından çıxarılmasına şərait yaradılması məqsədilə taıiblərlə gizli sövdələşmə aparıb
Adalet.az xəbər verir ki, amerkanlılara, aeroport yaxınlığında yığışan amerika vətəndaşlarının taliblər tərəfindən yoxlanıldıqdan sonra, onların evakuasiya məntəqəsinə qədər ötürüldükləri və ABŞ hərbiçilərinə təhvil verildikləri barədə məlumat verilib.
"Amerikan hərbiçiləri bir çox hallarda həmvətənlilərinin taliblərin müşayətilə gətirilməsini müşahidə edə biliblər"-deyə CNN bildirib.
Əməliyyat gün ərzində bir neçə dəfə təkrar olunub və amerikalı vətəndaşlar əsasən daxili işlər nazirliyinin binasında toplaşıblar. Artıq bütün vətəndaşlarının Əfqanıstandan çıxarıldığını elan edən ABŞ, daha sonra etiraf edib ki, orada hələ bir neçə yüzə yaxın vətəndaşı qalıb. ABŞ talibləri orada qalan vətəndaşların ölkədən çıxmasına əngəl törətməməyə çağırıb.
Rüstəm Hacıyev