adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Avqust 2021 17:12
1492
İDMAN
A- A+

Hacı Əliyev: “Sağ gözümdə mirvari suyu əmələ gəlib”

“Olimpiadadan qabaq gözümdən əməliyyat olunmuşdum. Narkozla 2,5 saat ərzində əməliyyat çarpayısına uzanmışdım. Ondan sonra 3-4 ay məşq etmək olmazdı. Amma Paşa Qəlbinurun oğlu olan Tural həkim mənə dedi ki, zəmanət verirəm, gedib məşq edə bilərsən. Mən də gedib Olimpiadada medal qazandım”.

Bunu Oxu.Az-a sərbəst güləşçimiz Hacı Əliyev deyib.

Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış güləşçimiz 2-10 oktyabr tarixlərində Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini bildirib:

“İndi əməliyyat olunan sağ gözüm tutulub. Gözümdə mirvari suyu əmələ gəlib. Ona görə də gələn ay əməliyyat olunmalıyam. Əməliyyatdan sonra 1-2 ay güləşə bilmərəm. Ümumiyyətlə, hələ karyeram barədə yekun qərar verməmişəm”.