adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2021 10:13
992
İDMAN
A- A+

Qvardiola Ronaldunun “Mançester Yunayted”ə keçməsindən danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola portuqaliyalı ulduz Kriştianu Ronaldunun “Yuventus”dan “Mançester Yunayted”ə transfer olunmasına münasibət bildirib.

“Əhvalım korlanıbmı? Bu, düzgün ifadə olmazdı. Bizim əla heyətimiz var. Ancaq Ronaldu səviyyəsində futbolçunun İngiltərəyə qayıtması yaxşıdır. Mən buna şadam”, - deyə X.Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti”yə keçməyə yaxın olan portuqaliyanın Xosep Qvardiolayla söhbət etdikdən sonra fikrindən daşındığı bildirilir. Baş məşqçi ona start heyətində olacağı ilə bağlı təminat verməyib.

Mənbə: Championat.com