adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Avqust 2021 09:05
835
İDMAN
A- A+

İki para-cüdoçumuz  finala, biri isə yarımfinala çıxıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat verib.

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik'ə qalib gələrək finala vəsiqə qazanıb.

Eyni zamanda 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova ilk görüşündə yapon rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang ilə qarşılaşacaq.

adalet.az