SON DƏQİQƏ:

Başı o dəqiqə kəsməyin,yavaş-yavaş kəsin, əziz Taliban! - Eminquey yazır

  1648   |  
Şriftin ölçüsü  

Taliban haqqında yazılan məsləhətləri oxuyuram. Deyirlər ki, Amerika birdən qurulmur ha. Bu dəfəki Taliban biraz mülayim gəlib. Ona görə də məsləhət verəndə biraz yumşaq olun.

İndi yumşaq-yumşaq, yavaş-yavaş, ehmal-ehmal oxuyun.

Bu adamlar nə demək istəyir?

Talibana deyək ki, qadınları küçədə şallaqlamayın. Əvvəlcə evlərində, sonra eyvanda, sonra baxçada şallaqlayın. Yavaş-yavaş da. Nə olub? Bütün bu yumşaq keçidlərdən sonra nəhayət küçədə şallaqlayarsınız. Belə verəkmi məsləhətimizi?

Yoxsa deyək ki... Başı o dəqiqə kəsməyin. Ehmal-ehmal kəsin. Yavaş-yavaş kəsin, əziz Taliban. Beləmi?

Yaxud əvvəlcə axırıncı sinifdə oxuyan qızları məktəbdən uzaqlaşdırın, dalınca da yavaş-yavaş, ehmal-ehmal aşağı sinifdəkiləri. Bir müddət keçsin, bütün qız uşaqlarını məktəbə həsrət qoyun. Bağlayın evlərə. Ayaqlarınızı, alt paltarlarını yusun, qabağınıza yemək gətirsin. Beləmi?

Məsələn, ermənilər Qarabağı yavaş-yavaş, ehmal-ehmalmı işğal etmişdilər?

Məsələn, Sovet ordusu 20 yanvarda insanları yavaş-yavaş, ehmal-ehmalmı əzib keçmişdi?

Lap elə koronavirus...

Yavaş-yavaşmı meydana gəldi?

Amerika yavaş-yavaşmı iqtisadiyyatını yüksəltdi bu virusun nəticəsində?

Bu yavaş-yavaş təfəkkürü bizi dala atmadımı?

Yavaş-yavaş, ehmal-ehmal cahilləşməyə gedirik...

Allah yavaş-yavaş bizi bağışlasın...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK