adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Avqust 2021 09:40
896
İDMAN
A- A+

Paracüdoçumuz Vüqar Şirinli "Tokio-2020"nin finalına yüksəlib

Paracüdoçumuz Vüqar Şirinli "Tokio-2020" Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi rumıniyalı Aleks Boloqa olub. Rəqibini məğlub edən V.Şirinli "Tokio-2020"nin finalına yüksəlib. Təmsilçimizin rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

Digər cüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşacaq.

.

Qeyd edək ki, “Tokio-2020”də idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda 24-ü kişi və 12-si qadın olmaqla 36 idmançı ölkəmizi təmsil edəcək. 

Xatırladaq ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunları çərçivəsində artıq Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala qazanaraq sahib olub

adalet.az