adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
20 Avqust 2021 22:34
10322
İDMAN
A- A+

"Arsenal" İngiltərə millisinin qapıçısını transfer edib

İngiltərənin "Arsenal" komandası heyətini yeni qapıçı ilə gücləndirib.

Adalet.az   xəbər verir ki, London təmsilçisi "Şeffild Yunayted"in qolkiiperi Aaron Ramsdeyli transfer edib.

"Topçular" 23 yaşlı oyunçu ilə 4+1 müqavilə imzalayıb.

Qeyd edək ki, ingiltərəli qapıçı daha əvvəl ölkəsində "Bornmut", "Çesterfild" və "Uimbldon" klublarının da formasını geyinib. Ramsdeyl İngiltərə millisinin də üzvüdür.