adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

HÜSEYN EŞQİ - Emin Piri yazır

Emin Piri
11727 | 2021-08-20 11:39

Baş yarmaqlar, mazoxist əməllər, anlamsız qadağalar və təxribatçı insanları, meylləri bir kənara qoyaq. Bunun fövqündə dayanan insanlardan danışaq. Hamınızın evində, ətrafında buna inan, sayqı duyan sevənlər var. Lap ən doğmalarınız arasında...


İki-üç mazoxist, şit dini mahnılar oxuyan, fərd bütpərəslərindən və təlim agenturasından başqa şahidlik və sevgidən başqa nə edirlərki?


Onları qazanmaq əvəzinə hamısını külliyatı ilə damğa yapışdıraraq uzaqlaşdırmağın adı nədir?


70%lik bir kütlənin inandığı, digər faizlərininsə bir çoxunun sayqı duyduğu bu qədər toplam hamısı damğa götürə biləsi insanlar ola bilməz hər halda. Bəlkə tərsinədir? Bunu düşündünüzmü heç? Bəlkə ağız dolusu qınayanlar?


Ona görə də hər hansı sorunsuz inanan, mədəni sayqı duyanları qınamanız elə özünüzü qınamaqdır və qeyri-səmimidir.


Yüz illərdir sidq ürəklə inanılan, bu inancla müəyyən anlamda saflaşan, yardımlaşmağa, birliyə aparan bir təlim( məhz həm də təlim) niyə qıcıq doğurmalıdır? Vaxtilə, bu qıcıq bəzi insanların bundan uzaqlaşmasına deyil, əksinə öz əlimizlə digər dövlətlərin inanc altında yeritdəyi təlimlərin qucağına atmağa səbəb olmuşduq.


Son illər dövlət, bəzi qurumların ayıq düşərək aşuranı və.s özü keçirməsi əksinə daha yaxşı addımdır. Bir növ insanları küsdürüb uzaqlaşdırmır, əksinə özünə, dövlətə qazandırmış olur. Çünki istənilən halda bu təsir əks-təsirə malik olur. Qadağalarla son qoymaqmı? Bu təsirlər onu göstərir ki, tutaqki yüz nəfərdən 50 nəfəri uzaqlaşdıra bilirsənsə, əvəzində əlavə 50 radikal qazanmış olursan. Rəqəmlər təxmini ola bilər. Amma bu, həqiqəti dəyişmir.
Özünü sevgi dolu, bəşəri eşq, liberal dəyərlər adıyla oyunbazlıqlar cəmiyyət formatında uğur gətirmir, fərdi olaraq müvəqqəti layka və populyarlığa səbəbdir. Sadəcə bu...VəssalaM.
Təsiri sonra şöhrəti də öz içində yeyərək ifraza çevirir zamanla. Lap başda qeyd etdiyim kimi 1%lik istisnaları kənara qoyaraq 99%i bu inanca, təlimə görə pul alır?


- Xeyr.


Bunun qarşılığında yüksəliş və.s gözləyir?


-Xeyr.


Hətta nələrəsə qınaq ola və ya nədəsə qarşısı kəsilə bilər?


-Bəli.


Eləsə bunun adı sidq ürəklə inanmaq və eşqdir. Cisim məhv ola bilər, fikirlər və eşq həmişə yaşayır. Elə Hüseyn kimi...




TƏQVİM / ARXİV