adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Avqust 2021 22:05
25786
İDMAN
A- A+

"Qarabağ" AEL-ə qalib gəlib pley-offa yüksəldi - Yenilənib

Azərbaycanın "Qarabağ" futbol klubu Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Adalet.az-ın məlumatına görə, Ağdam təmsilçisi Bakıda keçirilən qarşılaşmada Yunanıstanın AEL klubunu minimal hesabla məğlub edib - 1:0.

Oyunda yeganə qolu 87-ci dəqiqədə Kadi vurub.

Qeyd edək ki, ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Beləliklə, "Qarabağ" Konfrans Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanıb.