adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Avqust 2021 10:07
35314
İDMAN
A- A+

Tokio 2020: Azərbaycan karateçisi qələbə ilə başladı

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışlara qələbə ilə başlayıb.

Adalet.az-ın məlumatına görə, İ.Zaretskaya qrup mərhələsinin ilk görüşündə yaponiyalı idmançı Ayumi Uekusaya 4-1 hesabı ilə qalib gəlib.

Karateçimiz qrup mərhələsində növbəti görüşlərini italiyalı Silviya Semeraro, qazaxıstanlı Sofya Berultseva və Meltem Hocaoğlu Akyola qarşı keçirəcək.

Xatırladaq ki, ötən gün azərbaycanlı karateçi Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində gümüş medala sahib olub.