adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 14:38
39343
SİYASƏT
A- A+

“Asi”lərin yola salınması davam edir: General-mayor Valerik Koçaryan da...

Ermənistan baş naziri Nikol Paşinyanın rəqiblərini sıradan çıxarmaq və onlardan intiqam almaq addımları davam edir.

Adalet.az “SNG.today” saytına istinadən xəbər verir ki, Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.Məlumata görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.

 

A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb.

Həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.

Qeyd edək ki, Sisian şəhər meri Artur Sərksiyan həbs edilib. Ermənistan İstintaq Komitəsi Sisian merinə qarşı vəzifə səlahiyyətindən sui-istifadə və rəsmi şəxs tərəfindən qəsdən yalan məlumatlar yayma, saxtakarlıq maddələri üzrə cinayət işi başlayıb.

Məlumat üçün bildirək ki, Sisian şəhərinin də daxil olduğu Sünik (Zəngəzur) bölgəsinin beş icma rəhbəri həbs edilib. Mehri, Qacaran, Vorotan, Gorus rəhbəri barəsində cinayət işləri açılıb.

 Əntiqə Rəşid