“Titanik” muzeyində faciə: Aysberq ziyarətçilərin üzərinə düşdü
ABŞ-ın Tennessi ştatında yerləşən “Titanik” muzeyində aysberqi təsvir etmək üçün hazırlanmış divarın çökməsi nəticəsində üç nəfər xəsarət alıb.
Bu barədə məlumat muzeyin “Facebook” səhifəsində dərc edilib.
Məlumatda qeyd olunur ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, onların aldığı xəsarətin nə qədər ciddi olması hələlik məlum deyil.
Hazırda “Titanik” muzeyi ziyarətçilərin üzünə bağlanıb.
İnsidentin təfərrüatları araşdırılır.
Digər Xəbərlər
20 Aprel 2024 10:43
Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10Rusiyanın daha bir regionunda xarici vətəndaşlara taksi sürmək qadağan edildi
20 Aprel 2024 09:00