adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Avqust 2021 08:36
32939
İDMAN
A- A+

Tokio Olimpiadası: İkiqat Avropa mükafatçımız medalsız qaldı 

Azərbaycanın ikinci yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Tokio Olimpiadasını medalsız tərk edib.

Adalet.az xəbər verir ki, o, bu gün ilk görüşdə Daniel Qreqoriçlə (Kuba) qarşılaşıb.

Lakin ikiqat Avropa mükafatçımız rəqibinə 1:3 hesabı ilə uduzub. Kubalı idmançı finala çıxa bilmədiyi üçün İslam Abbasovun da medalsız qaldığı təsdiqini tapıb.