adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Iyul 2021 14:43
69067
ŞOU-BİZNES
A- A+

 Müğənnidən "Qadın alverçisi" ittihamına cavab: Narkotiklə məşğul olanlar...

Müğənni Mətanət Əsədova şou-biznes aləmində haqqında ən çox  yayılan söz-söhbət yayılan sənətçilərdəndir.


 Məsələn, tanınmış müğənnin bir neçə il əvvəl həmkarı Nadir Qafarzadəynən öpüşən yerdə şəkli yayılmışdı. Foto müğənni Elçin Hüseynovun oğlunun doğum günü mərasimində çəkilmişdi Fotoda olduqca səmimi olduğu görünən cütlük öpüşməkdən belə çəkinməmişdilər. Bu foto müğənni Mətanətin dünyasını dəyişən bacısının 40 mərasimi çıxmadan öncə çəkildiyi deyilirdi. Mətanət isə qatıldığı verilişlərdə özünü "dərdli", "kədərli" göstərib bu haqda xəbər yazan jurnalisti tənqid, hətta təhqir etməkdən belə çəkinməmişdi. Maraqlıdır ki, Mətanət "mənim acım böyükdür, heç kim məni anlaya bilməz" demişdi. Bu foto yayımlanandan sonra isə sosial şəbəkələrdə belə fikir yazıldı: "Görünən odur ki, Mətanətin dərdi kişilərlə öpüşmək, onların qoynuna atılmaq olub. Əks halda müğənni kişi həmkarı ilə belə şəkil çəkdirməzdi".

 

"Qadın alverçisi" qalmaqalı


Ötən gün müğənni Mətanət Əsədovanın qadın alveri ilə bağlı həbs xəbəri yayılmışdı.
Adalet.az  xəbər verir ki, bu xəbərin yalnış olduğunu deyən müğənni sosial media hesabında canlı yayım açıb. Canlı yayım zamanı Mətanət bildirib ki, yayılan xəbərlər tamamilə yalandır və bu xəbərləri yayanları polisə verəcək:
"Mən hüquqi dövlətdə yaşayıram. Belə bir dövlətdə özbaşına durub kiməsə nəyisə etməyə haqqım yoxdur. Kiməsə Mətanətliyimi sübut etməyə ehtiyac yoxdur. Mən burdan Daxili İşlər Naziliyinə müraciət edirəm, oturduğum yerdə mənə nələr edirlər. Bunun qarşısı alınmalıdır. Bezdim. Nə imkan verirlər yetimliyimin, xəstəliyimin, səsimdə olan problemin dərdini çəkim. Evimdə ağır xəstələr var, həyəcan olmaz. Bilmirəm onların, bilmirəm öz acınacaqlı halımın fikrini edim. Bunu tapmaq mümkün deyil? Bir dəfə haqqımda çıxan yalan xəbərlərə görə polisə müraciət etdim. Amma yenə başlandı. Mən də kiməsə yaltaqlanan, özümü ortaya qoyan olsaydım, divarlarım qızıldan olardı. Əgər nəsə oxumaqla olursa, mən niyə edə bilmirəm? Mən haram tikə yeyirəmsə, niyə taksi ilə gəzirəm? Azərbaycanda ikinci mənim kimi oxunuş yoxdur. Varsa gətirib qarşıma qoysunlar. Amma mənim villalarım, evim, maşınım yoxdur. Heç kimin heç nəyində gözüm yoxdur. Qaldığım ev kirayədir. Heç kimdən nəsə istəmirəm. Nə ad, nə maşın, nə ev, nə var-dövlət istəyirəm. Ev, maşın, qızıl, ər sizdədir. Hələ başınızın üstündə milyonlar var. Sənət dostlarım zəng ediblər ki, bir bu qalmışdı sənə yaxılmayan. Narkotiklə məşğul olanlar, özünü ortaya qoyanlar qalıb kənarda. Utanıram, ət tökürəm, bilmirəm nə deyim. Bilirəm bunu kim, nə üçün edir. Qadının öz işi var. Qadın polis idarəsi gəzər? Qaçıb gedirlər şikayət edirlər, şər atırlar, o bunundan şikayət edir. Belə şey olar? Bundan əl çəkməyəcəm, axırıncı iş idi, ona da əl atdılar. Məhkəməyə verib, araşdırma apartdıracam. Bu xəbəri kimin yaydığını tapdıracam. Adını polisdə çəkdirib biabır edəcəm. Məmim yanımda kimsə hansısa müğənni haqqında artıq-əskik nəsə deyə bilməz. götürə bilmirəm bunu çünki özüm də bu sahədəyəm. Amma bəlkə də, elə onların yanında mənim haqqımda nəsə deyilsə, üzünü çevirib gedərlər. Mən hələ beləyəm,  bunlar əl çəkmir məndən. Bezmişəm artıq".

 Qeyd edək ki, müğəninin ən böyük qalmaqalı bir neçə il əvvəl olmuşdu. Beləki, "Space"də “Günaydın” verilişində müğənni Mətanət Əsədova ilə mərhum şair Əziz Musa arasındakı qalmaqal sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olmuşdu. Proqramda şair Mətanət Əsədovanı açıq-saçıq geyinməkdə ittiham edirdi, müğənni isə şou-biznesi bazar adlandıran Əziz Musaya "Bazar sizsiniz, biz olmasaq yazdıqlarını kimsə oxumaz" deyərək təhqir etmişdi. Bu zaman şair müğənnini söymüşdü. 


 Əntiqə Rəşid