SON DƏQİQƏ:

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub - FOTO

  22014   |  
Şriftin ölçüsü  

Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir, “Genium” sistemi üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. İstifadəçiyə yenidən sərbəst və rahat hərəkət imkanı qazandırır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Adalet.az-averilən məlumata görə, ümumilikdə, Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 109 qazi 113 yüksək texnologiyalı protezlə təmin olunub. 12 nəfər qazinin yüksək texnologiyalı protezlerlə təminatı prosesi isə hal hazırda yekunlaşmaq üzrədir.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Onlardan 32 qazimiz ən son texnologiyalı protezlə təmin ediləcək.
Bu ilin mart ayından ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb. Artıq 562 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir.

Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1040-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji, 233 nəfər müharibə iştirakçısı isə reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.

Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK