adalet.az header logo
  • Bakı 12°C
23 Iyul 2021 21:26
97382
KRİMİNAL
A- A+

Vaqif Axundovun bacısı oğlu həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Adalet.az-ın əldə etdiyi məlumata görə, o, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. 

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Baş Prokurorluqdan isə bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

AYXAN