adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Iyul 2021 12:11
63459
ŞOU-BİZNES
A- A+

Kasıbı bəyənməyən Pərvin Abıyevanın ərə getmək istəyi : “Sənətimi ataram...”

Yadınıza gələr ötən il tanınmış aktrisa Pərvin Abıyeva İnstaqram-da canlı yayımda verdiyi açıqlaması ilə müzakirələrə səbəb oldu.

Sənətçi "Kasıb oğlana ərə gedərsiniz" sualına belə cavab vermişdi:"Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır. Kasıbam, kasıb ailədə doğulmuşam deyib, kənara çəkilməyin. Kasıbçılıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar".

...Və ötən ildən onu alacaq imkanlı oğlanı gözləyir, gözləyir, imkanlı oğlan gəlib çıxmadıqda isə xəyallar qurmağa başlayır. Xəyal qura-qurada ailə həyatı qurmaq istədiyini etiraf edir.

Adalet.az xəbər verir ki, bu barədə aktrisa "Onun Sirri" verilişində bildirib:

"Uşaq vaxtı sual verəndə ki, böyüyəndə nə olmaq istəyirsən? Mən həmişə deyirdim ki, ana olmaq istəyirəm. 18 yaşım olanda evlənəcəm, 4 övladım olacaq. Amma artıq 4 uşaq üçün gecdir, 2 uşaq istəyirəm. Çox gözəl evdarlığım var. Sənətimi atıb ev qadını olaram. Azad ruhlu insanam. Azadlığım üçün çox şey edərəm. Amma insan sevdiyi üçün hər şey edər. 22-23 yaşım olanda mənə 42 yaşlı kişi də evlilik təklif etmişdi. Nə qədər azad olsam da yaş fərqinə görə el qınağından çəkinmişəm. İndi artıq o fikirdə deyiləm"

 Ümid yaxşı şeydi, çünki sonda ölür...

Əntiqə Rəşid