adalet.az header logo
  • Bakı 12°C
17 Iyul 2021 17:34
19107
HÜQUQ
A- A+

Bakıda ana və sevgilisinin 5 yaşlı uşağa işgəncə verməsilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Baş Prokurorluqdan Adalet.az-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.