SON DƏQİQƏ:

Düşmənə göz dağı Azərbaycan Silahlı qüvvələri

  23610   |  
Şriftin ölçüsü  

Təməli 1918-ci il 26 iyun tarixində o zaman ki, Azərbaycan höküməti tərəfindən qoyulan Azərbaycan Silahlı qüvvələri yarandığı gündən keşməkeşli yollar keçib. Cümhuriyyət hökumətinin 1920-ci ildə sovet hökumətinin tərkibinə keçməsi ilə Azərbaycan Silahlı qüvvələrində müstəqilliyinə son qoyuldu.

Sovet Sosialist Respublika ittifaqının tərkibində heç bir fəaliyyətinə icazə verilməyən Azərbaycan ordusu 70 ildən sonra Azərbaycan hökümətinin 1991-ci ildə öz azadlığına qovuşması ilə müstəqilliyini əldə etdi. Amma bundan sonra Azərbaycan silahlı qüvvələrini yeni çətin və ağır sınaqlar gözləyirdi. Özünü yeni bərpa etməyə çalışan ordu Azərbaycana qarşı ərazi iddiaları qaldıran Ermənistan ordusu ilə üz-üzə qaldı. Məmləkətin ağır günlərində düşmənə qarşı qeyri-bərabər döyüşlərə başlayan silahlı qüvvələri silah, texnika və rəhbərlik baxımından çatışmazlıqlar qarşısında qaldılar.Birinci Qarabağ müharibəsində Ermənistan tərəfi Rus hökuməti tərəfindən Sovet hökumətindən qalma ağır texnika və canlı qüvvə baxımından çox güclü təchiz olunmuşdur. Bu səbəbdən də torpağın müdafiəsi qeyrətli Azərbaycan oğullarının ümidinə qalmışdı. Bütün bunlarsa Azərbaycan silahlı qüvvələrinin birinci Qarabağ müharibəsində düşmənə qalib gəlməsində yetərli olmadı. Nəticədə torpaqlarımızın 20 faizi düşmən əsarətinə keçdi.

Bu zaman Azərbaycan xalqı 1993-cu ildə Heydər Əlirza oğlu Əliyevi təkidli tələblə hakimiyyətə gətirdilər. Heydər Əliyevin rəhbər seçilməsi ilə xalqda dönüş yarandı.  Məhz onun göstərişi ilə 1994-cù ildə Horadiz əməliyyatı keçirildi. Bu əməliyyat Azərbaycan ordusunda inkişafın başlamasına səbəb oldu.

Sürətlə inkişaf yolu keçən Azərbaycan silahlı qüvvələri ən müasir silahlarla təchiz olundu. Heydər Əlirza oğlu Əliyevin 2003-cù il vəfatından sonra layiqli davamçısı olan İlham Heydər oğlu Əliyevin  hakimiyyətə gəlməsi ilə Azərbaycan silahlı qüvvələri daha da güclənməyə başladı. Uzun illərdir davam edən sülh danışıqları óz nəticəsini verməyincə cənab Ali Baş Komandanın  göstərişi ilə Azərbaycan milli ordusu bütün cəbhə boyu əks-həmlə əməliyyatına başladı.2020-ci il 27 sentyabr tarixində başlayan vətən müharibəsi noyabr ayının 10-u düşmən Ermənistanın kaptulyasiya aktını imzalamasiyla nəticələndi. Vətən müharibəsi adlandırılan qırx dörd günlük döyüşdə düşmənə sarsıdıcı və ağır zərbələr vuran Azərbaycan milli ordusu gücünü bütün dünyaya göstərdi. Bu qalibiyyət Azərbaycan oğullarının qanı bahasına əldə olundu. Bu döyüşdə Füzuli rayonu da qeyrətli oğullarını itirdi. Onlardan biri Nəsirov Elmir Zülfü oğludur. Azərbaycan ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçən Elmir N saylı hərbi hissədən döyüşlərə qatılaraq vətən uğrunda canından keçmişdir.

Şəhid Elmirin haqqında atasından götürdüyüm müsahibə:

Övlad kimi necə övlad idi?

-Óvlad kimi əvəzolunmaz övlad idi. Mən onda heç bir səhv hərəkət demək olar ki,görmədim. Daim valideynlərinin, dostlarının, yoldaşlarının hörmətin saxlayan övlad olub. Əhmədbəyli sakinləri onun yoxluğuyla barışa bilmirlər. Kənd sakinləri hələ də o şoku yaşayır, mənim övladıma çox böyük dəyər verirlər.

-Necə oldu ki, hərb sənətini seçdi?

-Orta məktəbi əla bitirmədi,ali məktəbə getmək fikri olmadı. Günlərin bir günü evdə oturmuşdum. Geldi ki, ata, uşaqlar hərbiyə düzəlir.  Mən də getmək istəyirəm. Məsləhətin nədir bu mövzuda? 

-Dedim ki,mən nə deyim, seçim sənindir. Ürəyinin səsinə qulaq as. O zaman belə bir sual verdim. Sen nəyin xatirinə oraya gedirsən? Dedi,ata,mən vətənimi, qulluğu sevirəm. Mən də xeyir-dua verdim. Belə oldu.

-Neçə ildi hərbidə işləyirdi?

-8 ildi hərbidə işləyirdi. Orta məktəbi bitirdikdən sonra Naxçıvanda N saylı hərbi hissədə qulluq elədi. Ordan xidməti başa vurduqdan sonra qayıdaraq tank bölməsində müddətdən artıq həqiqi hərbi xidmətə düzeldi. Xidmət etdiyi hərbi hissədə yoldaşları arasında böyük xətir-hórmete sahib idi. Elmir tuşlayici operator vəzifəsində çalışırdı. Bakıda tuşlayicilar arasında keçirilən yarışın ikiqat qalibi olmuşdu. Rusiyanın Moskva şəhərində keçiriləcək beynəlxalq yarışa getməyə hazırlaşırdı. Vətən müharibəsinin başlanması səbəbindən ona bu yarışa getmək nəsib olmadı.

Elmir aprel döyüşlərində də böyük nailiyyətlər qazanmışdır.Bu döyüşlərdə düşmən ordusunun dəqiq zərbə ilə ùç tankını məhv etmişdir.

Vətən müharibəsində óz tankı vurulduqdan sonra oradan sağ çıxsa da, amma geri qayıtmayıb. Digər bir tanka minərək Füzuli rayonu Qorqan kəndinə qədər irelileyiblər.

Şəhid xəbəri nə vaxt gəldi?

-Bunlar birinci eşalonu yararaq aşağı Seyidəhmədli,Əbdurrəhmanli və Qorqan qədər irəlilədilər. Elə həmin istiqamətdə də Sentyabr ayının 27-də  şəhadətə ucalmışdı. Amma biz onun ölüm xəbərini oktyabr ayının 28-də aldıq. Onun nəşi bir ay neytralda qalmışdı. Tankdan çıxarmaq mümkün olmurdu. Dəfələrlə aid olduğu hərbi hissəyə müraciət etsəm də, mənə dəqiq cavab verilmirdi. Bildirildi ki, səbirli olun. Nəhayət, övladımın nəşi oktyabr ayının 28-də mənə təhvil verildi. 

Nə qədər ki,Elmir kimi oğullarımız var bu məmləkət daim var olacaq!!!

 

Nəvai Bayramoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK