SON DƏQİQƏ:

FHN taxıl sahələrində yanğın təhlükəsizliyinə qarşı tədbirlərə başladı (FOTO)

  15634   |  
Şriftin ölçüsü  

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin yerli bölmələri ilə birlikdə Şəmkir, Tovuz və Samux rayonları ərazisində “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilmiş tədbirlərdə “Aqroservis” ASC-nin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, polis şöbələrinin nümayəndələri, fermerlər və biçin işləri aparan texnika sahibləri iştirak ediblər.

Tədbirlərdə taxıl yığımı və ot tədarükü, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən, xüsusilə odsöndürən balondan düzgün istifadə qaydaları əyani nümayiş etdirilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK