SON DƏQİQƏ:

Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə keçirilən videokonfransında iştirak edib

  14972   |  
Şriftin ölçüsü  

22 iyun 2021-ci il tarixində Millət vəkili Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə keçirilən videokonfransında iştirak etmişdir.

Konfransda "COVID-19 pandemiyasının səbəb olduğu sosial-iqtisadi böhranın aradan qaldırılması" mövzusu ətrafında çıxış edən deputat pandemiyanın qlobal iqtisadiyyata, eləcə də sosial və iqtisadi cəhətdən dünya ölkələrinə ayrılıqda vurduğu ziyandan söz açmışdır. K.Nurullayeva çıxışı zamanı xüsusilə Azərbaycanın bu sosial-iqtisadi böhranla mübarizəsi çərçivəsində müsbət təcrübəsindən bəhs etmişdir.

Milli Məclis deputatı çıxışında həmkarlarını Azərbaycan dövlətinin şanlı vətən müharibəsində iştirak etmiş qazilər, şəhidlərin ailə üzvləri, xüsusilə də ailə başçısını itirmiş şəhid ailələri üçün nəzərdə tutduğu sosial dəstək və təminat barədə məlumatlandırmışdır.

Millət vəkili həmçinin Azərbaycanda iqtisadiyyatın dirçəlməsi istiqamətində görülən işlərdən, işsizlik səviyyəsinin minimuma endirilməsi və yeni iş imkanlarının yaradılması üçün dövlət büdcəsindən kiçik sahibkarlar və yeni yaradılmış müəssisələrə, eləcə də pandemiya səbəbilə ən çox zərər çəkmiş sektorlarda fəaliyyət göstərən işçi heyətinə ayırılan maddi yardım planından söz açmışdır.

Sonda isə K.Nurullayeva pandemiyanın meydana gətirdiyi qlobal sosial-iqtisadi böhranı dəf etmək üçün dünya ölkələri və beynəlxalq qurumları səyləri birləşdirərək, özünü müdafiə etmək imkanına sahib olmayan bir sıra ölkə və həssas qruplara dayaq olmağa çağırmışdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK