adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2021 10:39
15344
ANALİZ
A- A+

Kürdəmirdə 78 yaşlı kişi itkin düşdü

Kürdəmir rayonunda 78 yaşlı kişi itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, Kürdəmir rayon sakini, 78 yaşlı Kamil Ərəbov iyun ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Kamil Ərəbovun əlamətləri belədir: arıq bədən quruluşlu, ağ saçlı, gözlərinin və qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində ağ zolaqları olan qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Kürdəmir Rayon Polis Şöbəsinə (+9942025) 5-04-10 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Digər Xəbərlər