adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
15 Iyun 2021 18:37
12370
ANALİZ
A- A+

Neftçalada 15 İyun Milli Qurtuluş günü qeyd olunub

Neftçala rayonunda 15 İyun Milli Qurtuluş günü qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid valideynləri, qazilər və ağsaqqallar iştirak edib.

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndərin əzəmətli heykəli önünə  tər gül dəstələri düzülüb, ehtiramla yad olunub. 15 İyun Milli Qurtuluş günü ilə əlaqədar məktəblilərin hazırladıqları əl işləri ilə tədbir iştirakçıları tanış olub.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 28 il əvvəl yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən Ulu Öndər Heydər Əliyevin düşünülən siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənir və qüdrətlənir.

 15 İyun Milli Qurtuluş günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan xalqının ünvanına təbriklər söylənildi və bir daha vurğulandı ki, müstəqilliyimiz əbədi və dönməzdir.

Tədbir məktəblilərin hazırladıqları kompazisiyalar və musiqilər ilə davam edib.

Digər Xəbərlər