adalet.az header logo
  • Bakı 13°C
17 Iyun 2021 12:52
25121
DÜNYA
A- A+

BAYDEN KİMİN MARAQLARINI TƏMSİL EDİRDİ?

Ekspert Elieser Ximenes Putinlə görüşdə Baydenin kimlərin maraqlarını təmsil etməsi barədə maraqlı açıqlamalar verib.
 
Siyasi analitik bəyan edib ki, Co Bayden Cenevredə Rusiya prezidenti Vladimir Putinlə görüşdə təkcə ABŞ -ın hərbi və ticarət maraqlarını deyil, həmçinin bir sıra ölkələrin hərbi və tucarət maraqlarından çıxış edib.
  
Putin - Bayden görüşü Cenevrənin La Qranj villasında keçirilib. Sammitdə strateji stabilliklə vağlı yalnız  bir sənəd qəbul olunub. Sənəddə liderlər nüvə müharibəsində qalib olmadığını təsdiqləyib və nüvə müharibəsinə heç vaxt yol verilməyəcəyini təsdiqləyiblər. Prezidentlər həmçinin iki ölkə səfirlərinin  geri qaytarılmasında razılıq əldə ediblər. Sammitin sonunda strateji təhlükəsizliyin və kibehücumların qarşısının alınması üçün dialoqların davam etdiriləcəyini elan ediblər.

 "Bayden Brüsseldə keçirilən NATO-ya üzv ölkələrin və Londonda keçirilən "G7" -lərin görüşündən sonra hərbi və ticarət təfdaşları ilə görüşmüş və Cenevrədə Putinlə keçiriləcək görüşdə onların maraqlarından çıxış edəcəyini planlaşdırmışdı." -deyə Ximenes bildirib.

 Ekspertin fikirincə Bayden Putinlə görüşə öz mövqelərini deyil, nüfuzlu təfdaşlarının mövqeyini təmsil etmək üçün gəlib. 
  
Rüstəm Hacıyev