SON DƏQİQƏ:

Yay məktəbləri iki həftə davam edəcək - BŞTİ müdiri

  19612   |  
Şriftin ölçüsü  

May ayının 16-dan Bakı məktəblərində yay məktəbləri fəaliyyətə başlayıb və iki həftə davam edəcək.

Trend-in məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, yay məktəblərinin keçirilməsinin səbəbi payız ayında hərbi vəziyyət və pandemiya şəraiti ilə əlaqədar təhsildə yaranan boşluqları aradan qaldırmaqdır: “Yay məktəblərinin təşkil olunması Təhsil Nazirliyi tərəfindən qərarlaşdırıldı və sosial şəbəkə üzərindən keçirilən sorğuların nəticəsində 44 faiz insan yay məktəblərinin keçirilməsinə razı idi”.

M.Vəliyeva bildirib ki, yay məktəbləri 1-10-cu sinifləri əhatə edir: “İbtidai siniflər üçün həftədə 5 dəfə 3 saat, 5-10-cu siniflər üçün isə həftədə 5 dəfə 3-4 saat keçirilməklə nəzərdə tutulur. Yay məktəblərinin əsas məqsədi zəruri mövzuların təkrarlanması və həmçinin uşaqların sosial-psixoloji inkişafının təmin olunmasıdır. Bakıda 308 ümumtəhsil müəssisəsində yay məktəbləri təşkil olunub”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK