SON DƏQİQƏ:

BU GƏNCLƏRƏ NİYƏ İŞGƏNCƏ VERİRSİNİZ? 

  17569   |  
Şriftin ölçüsü  

Dünən qonaqlarım vardı  və bir restorana  getmişdim. Adını yazmıram ki, ora hücum etməsinlər. Açıq havada bir məclis  idi, hiss elədim toy var.  Mən toya dəvət olunmamışdım, sadəcə olaraq həmin restoranda çörək yeməyə  getmişdim.

İraq olsun, elə bil  toy deyildi, yasıydı.  Yəni oynamaq yox, deyib-gülmək yox, şadlanmaq yox. Toya gələnlər də  bizim kimi məsafə ilə əyləşib ürəklərində bayram edirdilər.  Bəy-gəlin də  adi geyimdə, özü də bir süfrə arxasında yox, ayrı-ayrı oturmuşdular.

Ürəyim ağrıdı. Ay Operativ Qərargahsan-nəsən, niyə bu gənclərə  işgəncə verirsən?

Bir Mustafa  Çeçeli gəlir, afişaları  vurulur, konsert  keçirir, sonra  deyirlər ki, xəbərimiz yox idi, amma restoranın müdirini   4 min manat cərimə edirlər və sair və ilaxır.

Necə olur ki, bu boyda hadisəni görmürsünüz, amma iki gəncin 50-60 nəfərlə keçirdiyi bir məclisə basqın edirsiz, cərimə boş şeydi, həmin gəncləri ən xoş günlərində  polisə aparırsız və sair və ilaxır.

Deməli, restoranda  100 nəfər yeyib-içə bilər, onlara  virus yoluxmaz, amma toy edən iki gənc  gələndə özləri ilə virus gətirərlər?!

Ayıbdı vallah, ayıb. Bu millətlə niyə məzələnirsiz, niyə gəncləri təhqir edirsiz?

Operativ Qərargah, dədəm-nənəm saa qurban, ya da sizin dədəniz-nənəniz maa qurban, bu gənclərə belə işgəncə verməyin. Axı, sizin də  övladlarınız var.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK