adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Iyun 2021 15:47
18890
GÜNDƏM
A- A+

“Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq”Hikmət Hacıyev

İşğaldan azad olunduqdan sonra diplomatik korpus nümayəndələrinin Ağdama ikinci səfər təşkil olunur.

Adalet.az xəbər verir ki, bunu xarici diplomatik korpusun nümayəndələri ilə Ağdamda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, azad olunmasından cəmi 6 ay keçməsinə baxmayaraq, Ağdamda müsbətə doğru çox böyük dəyişiklik var, bərpa və yenidənqurma işlərinə başlanılıb.

“Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək”, - deyə H.Hacıyev qeyd edib.