SON DƏQİQƏ:

Ali Məhkəmə ittihamlara cavab verdi

  22912   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericiliyinin formalaşdırılmasında Ali Məhkəmənin rolu ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Ali Məhkəmə Aparatının rəhbəri Elvin Hətəmzadə mətbuata açıqlamasında bildirib ki, Ali Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinin formalaşdırılmasında Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə və ya hüquqi aktların hazırlanması prosesində rəy və təkliflər bildirməklə birbaşa çıxış edir:

"Belə ki, Ali Məhkəmə bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə müvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim etmiş və bu layihələr qanunvericilik orqan tərəfindən qəbul edilib.

Həmçinin, qeyd etmək lazımdır ki, Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası prosesində hüquqi aktların layihələrinin hazırlanması zamanı rəy və təkliflər bildirməklə fəal iştirak edib. Belə ki, son iki il ərzində dövlət orqanlarından Ali Məhkəməyə ünvanlanmış 300-dən çox hüquqi akt layihəsinə Ali Məhkəmə tərəfindən rəy və təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilib.
Bundan əlavə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə qanunvericilikdə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmlərini təsbit edilir. Bu baxımdan, Ali Məhkəmənin qəbul etdiyi qərarlar qanunların vahid formada tətbiqində və qanunvericiliyin inkişafında mühüm rol oynayır".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK