SON DƏQİQƏ:

Dəfndə gözüm çox çiyin axtarırdı... - Nicat Novruzoğlu yazır

  173873   |  
Şriftin ölçüsü  

Həmkarlarımız - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşərək həlak oldular.

Siracı tanıyırdım. Amma elə dərin münasibətimiz yox idi. Məhərrəmlə isə çörək kəsmişdik, yol yoldaşı olmuşduq. İşgüzar, zəhmətkeş, istiqanlı biri idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbəri eşidəndən təxminən bir iki saat sonra yolum AZ TV tərəfə düşdü. Televiziyanın yaxınlığında Şəhidlər Xiyabanı tərəfdə hər ikisinin şəkli qoyulmuş, ətrafını gül və çiçəklə bəzəmişdilər. Hətta əklillər də vardı, ziyarətə gələnlər də... Açığı yaxınlaşmadım ora. Çünki fikrim sabah vida mərasiminə qatılmaq idi. Və hər necə olursa- olsun qatılmalı idim.

Bir müddətdən sonra iş otağımda sosial şəbəkəni gəzəndə gördüm ki, həmin o yerdən xeyli sayda canlı yayım açanlar, çıxış edənlər var. Tanınmış simalar idi. Təxmini nə deyəcəklərini bildiyimdən izləmədim onları. Tək məni özünə çəkən bu mərasimə mətbuatımızın qoyduğu ad idi. Yazırdılar ki, “... şəhid jurnalistləri andılar” və ya “... şəhid jurnalistlərlə vidalaşdılar”. Bunu anlaya bilmədim. Cənazələri artıq Kəlbəcərdən Bakıya gətirilməkdə olan şəhid jurnalistlərin şəkilləri ilə necə vidalaşmaq olar?! Şəkillərlə necə onları anmaq olar?! Axı onların cənazələri Bakıya gətirilirdi. Yenə dəfn ucqar bir kənddə olsaydı, bunu anlaya bilərdim. Amma mən bu vida və anımdan bir şey anlamadım. Bu tezliklə şəhid olmuş həmkarla vidalaşmaq olar?!

Səhərisi Məhərrəmgilin evinə yollandım. Bir neçə ailənin bir yerdə yaşadığı komaya... Kasıb, beli bükülmüş, rəngi getmiş, qapısı hər zaman açıq olan bu komaya. Bu yerdə Aqil Camalın bu koma ilə bağlı yazdığı statusu xatırlatmalıyam-Bütün şəhidlər bir evdən çıxır sanki...

Vidalaşmağa xeyli insan gəlmişdi. Mən isə Məhərrəmin həmkarlarını axtarırdım. Az sayda jurnalist var idi. Demək olar ki, gələnlərin hamısı da Məhərrəmlə dost olanlar idi. Söhbət məhz vida mərasiminə gələnlərdən gedir. Digərləri reportaj hazırlamaq üçün gəlmişdi. Və başladım yanımdakı həmkarlarıma deyinməyə. Deyinməyin nə faydası. Tələm-tələsik iki portretin qarşısında görsənib mənəvi borcunu bitmiş sayanlara nə deyəsən ki?! Bütün dünyaya baş verən faciəni çatdırmaq istərkən az-çox izlənən bu tanınmış simaların nədən dəfn mərasiminə qatılmadığını anlaya bilmədim.

Təsəlli yaradanlarım isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı oldu.

Mən bu dəfndə media mənsubları ilə yanaşı tanınmış iqtisadçıları, siyasətçiləri, mədəniyyət- incəsənət xadimlərini, idmançılarımızı axtarırdım. Axı şəhid olan jurnalist idi. Sizin hər zaman yanınızda olan jurnalist! Hansı media orqanının əməkdaşı olmasından asılı olmayaraq jurnalist. Reportajı bitsə də davam edən jurnalist. ..

Heç vaxt ölməyəcək , Şəhid jurnalist.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK