SON DƏQİQƏ:

1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib

  12166   |  
Şriftin ölçüsü  

Postmüharibə dövründə reabilitasiya müəssisələrində 1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib və bu sahədə işlər davam edir.

Adalet.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaq üçün təşkil olunan mediatur zamanı məlumat verilib.

2019-2020-ci illərdə və cari ilin ilk rübündə Şirvan şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.

Açılan bu müəssisələr qazilərimizin də keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında xüsusi əhəmiyyət kəsb edir.

Həmin müəssisələrdə 17 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 650 müharibə əlili 4460 reabilitasiya vasitəsi, o cümlədən 71 qazi mühərrikli təkərli oturacaqla təmin edilib. Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün müvafiq ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.

Media nümayəndələri Şirvan Reabilitasiya Mərkəzində Vətən müharibəsi iştirakçıları ilə bağlı aparılan reabilitasiya işləri ilə tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər. Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunmaqla və səmərəli fizioterapevtik üsullar, həmçinin müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

Jurnalistlərə reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi, ona uyğun veb-əsaslı növbəlilik sistemi, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi barədə də məlumat verilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK