SON DƏQİQƏ:

Fikrət Əmirovun "1001 gecə" baleti Kazanda nümayiş etdirilib

  14506   |  
Şriftin ölçüsü  

Mayın 13-14-də Kazan şəhərinin Musa Cəlil adına Tatarstan Dövlət Opera Teatrında dünyada nüfuzlu balet lahiyələrindən sayılan Rudolf Nureyev adına XXXIV Beynəlxalq Balet Festivalının açılışı baş tutub.

Festival Mariinski Teatrının Primorski filialının balet truppasının ifasında Rusiyanın əməkdar incəsənət xadimi Eldar Əliyevin quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" əsəri ilə açılıb. Baletin iki günlük təqdimatında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi altında Kazan Opera Teatrının simfonik orkestri və xoru da iştirak edib. Azərbaycan milli zərb alətləri və tar (Ramin Əzimov və Nadejda Medvedevanın ifasında) orkestrdə yer alıb. Vokal partiyasını isə Mariinski Teatrının solisti, soprano Anastasiya Kikot ifa edib.

Bu barədə "Adalet.az"-a məlumat verən Əyyub Quliyevin sözlərinə görə, Tatarıstan Respublikasının Prezidentinin bilavasitə dəstəyi ilə keçirilən Rudolf Nureyev festivalında dünya klassik baletinin ən məşhur nümunələri təqdim olunacaq. Bunların sırasında P.Çaykovskinin "Yatmış gözəl" (18-19 may), "Sonalar gölü" (20 may), "Qızıl orda" (22 may), Minkusun "Korsar" (24 may) və "Bayaderka" baletlerinə göstərilən marağa baxmayaraq Fikrət Əmirovun "1001 gecə" əsəri yerli dinləyicilərinin xüsusi marağına səbəb olub - baletin hər iki tamaşası tam anşlaqla keçıb, hətta dinləyicilərin xüsusi marağını nəzərə alaraq teatr zalına əlavə oturacaqlar istifadəyə verilmişdir. Hər tamaşanın sonunda tamaşaçılar ifaçıları ayaqüstə alqışlarla qarşılayıblar. "1001 gecə" baletində əsas rolları Sergey Umanets və Kanat Nadırbek (Şəhriyar), Anna Samostrelova və İrina Sapojnikova (Şəhrizad), Liliya Berejnova və Katerina Floriya (Nuridə) və Mariinski Teatrının Primorski Filialının aparıcı solistləri ifa edib. Azərbaycan Dövlət Opera Teatrının baş dirijoru Əyyub Quliyev ilə Kazan Dövlət Opera Teatrının direktoru Rufal Muxamedzyanov arasında keçirilən görüşdə Azərbaycan baletinin ən parlaq nümunələrindən olan "1001 gecə"nin iki teatrlar arasında əlaqələrin inkişafında xüsusi yer alacağı qeyd edilıb. Mariinski Teatr kimi nüfüzlu sənət ocağının bu lahiyədə iştirakı isə əsərin ifa tarixində əlamətdar iz qoyub.

Qeyd edək ki, Nureyev Beynəlxalq Balet Festivalı iyunun 2-dək dəvam edəcək. 

İLTİFAT

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK