SON DƏQİQƏ:

Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı

  15643   |  
Şriftin ölçüsü  

Hesab edirəm ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı normativlər hazırlamalı və elan etməlidir ki, hansı şərtlər daxilində bu mərasimləri keçirmək olar.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, pandemiyanın bundan sonra daha nə qədər davam edəcəyi ilə bağlı heç bir dəqiq fikir yoxdur, ona görə də cəmiyyət yeni qaydalarla yaşamağa alışmalıdır:

"Amma insanların müəyyən arzuları var, yaşları ötür, planları dəyişir. Ona görə hesab edirəm ki, Operativ Qərargah müəyyən normativlər hazırlanmalıdır.

Tez-tez görürük ki, toy keçirməyə cəhdlər olur və polis də qanunauyğun olaraq onun qarşısını alır. Bu da müəyyən bir sosial siqnaldır ki, Operativ Qərargah müvafiq qərarlar qəbul etsin”.

Komitə sədri bildirib ki, toyların keçirilməsi üçün epidemioloji vəziyyət yaxşılaşmalıdır, vaksinasiya olunan insanların sayı artmalıdır: “Əlbəttə ki, insanların da bu məsələdə böyük məsuliyyəti var. Ölkəyə kifayət qədər vaksin gətirilib, əhali vaksinasiya prossesində akviv iştirak etmir. Bir tərəfdən toyların keçirilməsini istəyirlər, amma vaksinasiyaya getmirlər. Toylarn keçirilməsinə icazə verilməsi üçün yoluxmalar azalmalıdır, vaksinasiya olunanların sayı çoxalmalıdır. Hesab edirəm ki, insanlar nə qədər vaksinasiyada aktiv iştirak etsələr, bir o qədər toyların keçirilməsinə icazə verilməsini tezləşdirə bilərlər”.(trend)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK