SON DƏQİQƏ:

Pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib

  12638   |  
Şriftin ölçüsü  

2021-c i il in yanvar-mart ayları ərzində Azərbaycanda sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,5 faiz azalıb.

Adalet.az-ın məlumatına görə, dəmiryolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-mart aylarında 476,2 min sərnişin daşınıb, 2020-ci il in eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 56,0 faiz azalma müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz azalaraq 3,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 252,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 32,1 faiz azalıb.

Hava nəqliyyatı ilə 122,3 min və ya 72,0 faiz az sərnişin daşınıb, daşımaların 99,0 faizi dövlət, 1,0 faizi isəözəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.(trend)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK