SON DƏQİQƏ:

Qulu Ağsəs: "Yurduma dəyən olmasın!.." - VİDEO

  54084   |  
Şriftin ölçüsü  

 

Adalet.az tanınınmış şair Qulu Ağsəsin "Yurduma dəyən olmasın!.." şeirini aktrisa Zemfira Əbdülsəmədovanın ifasında təqdim edir:

 

Sərhədsiz küləklər əsir -

Qışdan yaza, yazdan yaya.

Tanrı məsləhət bilsəydi,

Qapı qoyardı dünyaya...

 

Amma insan sərhəd çəkdi - 

Vətəni qorusun təki!

Göyərsin bağçalar, bağlar

Göz yaşı qurusun təki...

 

Bu tank, bu top, raket, fişəng

Sülhü qorumaq üçündür!

Dava, şəhid, qanlı köynək

Sülhü qorumaq üçündür!

 

Sərkərdə niyə döyüşür? -

Yurduna dəyən olmasın.

Dost deyən olsun həmişə

Düşmənlər deyən olmasın!

 

Silah çəksə elimizə, 

Kimsə həddin aşsa əgər...

Şəhidlər o dünyanın da

Altın üstünə çevirər!..

 

Arxamızca atılan top,

Tüfəng yolda suya dönər.

Xankəndinin başı üstdən

Bu bayraq Şuşaya dönər!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK