adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DƏMİR YUMRUQ

FAİQ QİSMƏTOĞLU
49741 | 2021-04-24 10:22

Bu dəmir yumruğu Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ermənilərə çox güclü göstərdi. Həm Prezident, həm də Azərbaycan Ordusu bir dəmir yumuruqla 44 günlük mücadilədə və İkinci Qarabağ Savaşında işğal altında olan torpaqlarımızı azad elədi. Bütün bunlar göstərdi ki, doğurdan da Azərbaycan dövləti çox qüdrətli bir dövlətdi, çox güclü bir dövlətdi,  dünya siyasətinə təsir eləməyi bacaran bir dövlətdi. Indi biz Azərbaycan xalqı bu dəmir yumuruğun gücünü düşmənə qarşı gördük.

Bu günlər isə artıq bu dəmir yumuruq xalqın qanını sovuran, onun sonuncu qəpiyini alıb mənimsəyən, nə kasıba, nə imkansıza, nə əlilə fikir verməyən, hətta bəzi hallarda bütün sərhədləri keçən, qanundan və Allahdan qorxmayan korrupsiyaya qurşanmış vəzifəli şəxslərin başına vurulur.  Bu dəmir yumuruq göstərir ki, doğurdan da Azərbaycanın daxilində müəyyən qruplar var ki, heç vaxt bu ölkənin güclü, demokratik və ədalətli bir cəmiyyət olmasına şərait yaradılmasın. Amma nə yaxşı cənab prezidentin rəhbərliyi ilə bu gün ölkədə korrupsiyaya qurşanmış yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması prosesi yenidən başlanıb. Çünki bir çox məmurlar, icra orqanları, bələdiyyələr, səhiyyə işçilərinin əməkdaşları, digər yüksək vəzifə tutan şəxslər xalqa qarşı sanki bir səlif yürüşü eləmək istəyirlər, xalqın belini qırmaq istəyirlər.

Son günlərdə koronavirus xəstələrini müalicə edən “Yeni Klinika”nın və Fövqəladə Hallar Nazirliyinin modul tipli hərbi hospitalının baş həkimlərinin həbsi bir daha göstərir ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq, o şəxslər korrupsiyaya qurşanırsa, cinayət məsuliyyətindən yaxasını qurtara bilməyəcək. Bu həm də digər vəzifəli şəxslərə, nazirliklərə, icra başçılarına, icra strukturlarına, bələdiyyələrə, səhiyyə, təhsil işçilərinə, söhbət vəzifəli şəxslərdən gedir, hamısına bir mesajdır ki, özlərini yığışdırsınlar, xalqın ağır vəziyyətində, iqtisadi durumunun mürəkkəb bir vəziyyətində müharibədən çıxmış ölkənin çətin anında yenə onlar öz şəxsi mənafelərini qabardır, xəstə adamlardan belə pul alırlar. Bu barədə biz yazmışdıq ki, doğurdan da ayrı-ayrı ixtisaslaşmış koronavirus xəstəxanalarında insanlardan rüşvət alırlar. Amma bizim əlimizdə fakt yox idi, camaat bunu deyirdi ki, 500 manat verməsən, sənə yaxın durmurlar. Nəinki 500 manat, 3000 manat, 3500 manat aldıqlarına görə, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunublar. Yəni bu onu bir daha göstərir ki, hər bir şəxs, hər bir vəzifəli adam özünü yığışdırmalıdı, xalqın bu durumundan sui-istifadə etməməlidi. Tay bəsdi onlar öz şəxsi maraqları üçün istifadə etdikləri. Bir az da xalqa xidmət etsinlər, bir az da gözlərini açıb xalqı görsünlər, kasıb, fağır insanları görsünlər. Adam var evinə bazarlıq eləyə bilmir, adam var dərman ala bilmir. Ət ala bilməyən, dərman ala bilməyən, bazarlıq eləyə bilməyən adamların pulunu əlindən alan bu korrupsiyaya qurşanmış şəxslər bu gün də ölkədə çoxdu. 

Birini tutursan o biri nəticə çıxarmır. Deyirdik ki, bir icra başçısını çıxardılar, o biri nəticə çıxaracaq. Amma yenə icra başçıları öz işlərindədi, yenə də müəyyən nazirliklərin əməkdaşları öz işlərindədi. Amma bilmirlər ki, bunların əvvəli axırı var, nə vaxtsa gəlib xalq qarşısında cavab verəcəyik. Bir daha bu milləti, bu xalqı korrupsionerlərin əlindən xilas eləmək lazımdı. Və bu işdə cənab prezidentə Azərbaycan xalqı arxa durmalıdır ki, müharibədə qalib gəldiyimiz kimi, sinfi düşmənlərə, xalqın pulunu əlindən alan korrupsionerlərə qarşı mübarizədə də qələbə çalaq. Allah bu xalqı, bu milləti, bu dövləti qorusun!

TƏQVİM / ARXİV