SON DƏQİQƏ:

Müğənni oğlu ilə fotosunu “Instagram” dan niyə sildi? - FOTO

  11681   |  
Şriftin ölçüsü  

2 il əvvəl dünyaşöhrətli pop ulduz Britni Spirsin keçmiş əri Kevin Federlayn müğənninin atası - 67 yaşlı Ceymi Spirsi 13 yaşlı nəvəsini döyməkdə və zor tətbiq etməkdə ittiham etmişdi.

Kevin iddia etdi ki, Ceymi uşağın yataq otağının qapısını sındıraraq, ona qarşı pis davranıb. Xoşagəlməz hadisə uşaqların anasının himayəsində olduğu gün, Britni və Kevinin ikinci oğlunun gözü qarşısında baş verib.

Federlayn hadisə barədə polisə məlumat verib Kevin keçmiş qayınatasının əməlləri haqqında məhkəməyə müraciət etdikdən bir neçə saat sonra Kaliforniya məhkəməsi Federlayna uşaqlara qəyyumluq hüququ verdi.

Bundan əvvəl isə Britni ilə Kevin uşaqlar üzərində qəyyumluğu bərabər bölüşürdülər. Həmin məhkəmədən sonra Kevinin uşaqlar üzərindəki hüququ 70 faizdir.

Çünki, Britni Spirs yaşadığı depressiyalar ucbatından sənətinə uzun fasilə verərək, psixiatrik xəstəxanada müalicə alırdı. O, hərdən bir uşaqları ilə vaxt keçirirdi.

Spirsin oğlu ilə fotosu

Adalet.az “Korrespondent” nəşrinin məlumatına istinadən xəbər verir ki, bu günlərdə Britni Spirs böyük oğlu Şon Prestonla fotosunu “Instagram”da paylaşıb.

Qısa müddət sonra ifaçı paylaşımı silsə də, onun pərəstişkarları şəklin surətini çıxarmağa macal tapıblar.

Qeyd edək ki, Britni Spirsin 14 yaşlı Ceyden adlı daha bir oğlu var. Cütlük 2008-ci ildə boşanıb və oğlanlar ataları ila birlikdə qalıb.

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK