adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Allahın imtahan zamanı - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
59925 | 2021-04-19 12:24

Günlərin bir günü kəndin ağasına xəbər gəlir ki, Peyğənbər(S) gəzintiyə cıxıb, sizin kəndə də gəlmək fikri var! Ağa bunu eşidən kimi sürüsündən qoyunlar, kecilər, cöngələr kəsdirir. Tədarük gördürür. Amma aşpazların icində bu yeməkləri ləyaqlı bişirib ortaya cıxaracaq adam tapa bilmir. Ağaya xəbər verirlər ki, bəs kənddə Asya adlı bir qadın var, əxlaqsızın biridi. Günü icki, eyş-işrət məclislərində kecir.Onun cox gözəl əl qabliyyəti var, bişirdiyi yeməklərdən doymaq olmur! Ağa o qadını cağırtdırır. Bütün bişiriləcək yeməklərin siyahısını verir və şərt kəsir ki, hansı yemək xoşuma gəlməsə ölüm fərmanın hazır olacaq.!

Nəisə ağanın həyətindən kəndə girən yolun ağzına qədər gəbələr, xəlilər yola sərilir. Hər yerdən güllər-cicəklər yığılıb peygənbərin kecəcəyi yolların üstünə düzülür Nəhayət yeməklər də hazır olur! Ağa hamısından dadır, beyenir. Artıq peygənbəri ürəyi istediyi kimi qarşılayacağına arxayın olur. Odur ki. başının dəstəsilə gedib durur qapının ağzında ! Elə bu dəm qoca, arıq, xəstəhal bir kişi ağaya yaxınlaşır, deyir : ay oğul 3 gündü acam, mənə bir loxma cörək verin, ölməyim!

Ağanın başı xarab olur: - A kişi itil bu tərəfə, xəli-xəlcənin üstünü batırdın.. sürük burdan...

Sonra nökər-nayiblərinə əmr edir ki, gəlin, bu qocanı burdan qovun.. Qocanı qovurlar... Qoca ayağın sürüyə-sürüyə getdiyi yerdə görur ki, kimsə cəpərin yanından "ay əmi. ay əmi" deyə onu cağırır. Qoca qayıdır. deyir, qızım ne deyirsən, Qadın deyir ki, arxa yolla dalımca gəl, hec kəs səni görməsin!

Qadın bunu mətbəxə gətirir aşın, qazmağın, ətin ən dadlı yerindən cəkib bunun boşqabını doldurur. Qoca doyunca yeyir, doyur. Qadın gedib bir saxsı qab gətirir. Onuda yeməklə doldurub verir qocaya ki, ay əmi, bunu da apar evdəkilərə.

Bəli bu hamının əxlaqsız, pozğun dediyi Asya idi.

Nəyisə, ağa xeyli gözləyir axşam üstü olanda peygənbərin xəbərin gətirən adama deyir ki, get öyrən gör, peygənbərimiz harda qaldı, niyə gəlib cıxmadı. Adam gedir, az kecməmiş qayıdır. Deyir: Əziz ağam, peygənbər deyir ki. mən ora gəlmişdim. Amma ağan məni söyüb-döyüb qovaladı. Daha mənim o yerdə hec bir işim olmaz! Bir də dedi ki, o aşpaz qadına desin ki. sənin bu dünyada nə qədər günahın vardısa, Allah bağışladı!

Bunu niyə yazdım? Hazırda xalqımız-millətimiz cox cətin günlərini yaşayır. Elə evlər, ailələr var ki, bir loxma cörəyə möhtacdı! Uşağı -körpəsi, "yemək" deyib ağlayır. Xəstəsi dəyərli yemək (ət, süd, yağ ) yemədiyi ücün ölümə məhkumdur. Bütün bunları görən insanlar xırda bir yardımı o bicarələrə edirsə Allah onun bütün günahlarından kecər!

Allahın imtahan zamanıdır! Bu gözəl Orucluq ayında ətrafınızdakı imkansızlari sevindirin! Allahin ən yaxşı qiyməti, mükafatı məhz buna görə olacaq!

TƏQVİM / ARXİV