adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2021 12:10
17276
MƏMLƏKƏT
A- A+

Milli Qəhrəman Tofiq Hüseynov

Bu gün Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür

Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olmuşdur. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləmiş, kapitan rütbəsinə qədər çatmışdır. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olmuş, “Mixaylo” ləqəbi ilə tanınmışdır. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdikənd və digər istiqamətlərdə qəhrəmanlıqla vuruşmuş, düşmənin hərbi texnikalarını məhv etmişdir. Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, “Alazan” qurğusu məhv edilmiş, xeyli erməni öldürülmüş, 10 nəfər əsir götürülmüşdür. Bu əməliyyata görə ona mayor rütbəsi verilmişdir. O, 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşdu, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin etdi. O, axırıncı gülləsinə qədər vuruşmuş, sonda qumbara ilə özünü partlatmış, 10 nəfərə yaxın ermənini də məhv etmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ruhu şad olsun!