adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2021 09:35
19521
MƏMLƏKƏT
A- A+

Bakıda tıxac avtobusların hərəkətində çətinliklər yaratdı

Bakıda avtomobil yollarında yaranan tıxac marşrut avtobuslarının hərəkətinə maneələr yaradıb.

Bunu Adalet.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır.